Cənubi Koreya prezidenti: "İstefa verməyə hazıram"

Cənubi Koreya prezidenti: "İstefa verməyə hazıram"
10:47 29 Noyabr 2016
155 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Cənubi Koreya prezidenti Pak Kın Xe korrupsiya qalmaqalı ilə bağlı ölkə vətəndaşlarından üzr istəyib və istefa verməyə hazır olduğunu bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bunu televiziya vasitəsi ilə Cənubi Koreya əhalisinə müraciətində bəyan edib.
“Xalq qarşısında səmimi olmadığıma görə bir daha üzr istəyirəm”, - deyə prezident vurğulayıb.
Pak Kın Xe deyib ki, dövlət başçısı kimi gələcək taleyi ilə bağlı qərar verməyi parlamentin ixtiyarına buraxıb: “Prezidentliyimin müddətinin ixtisar edilməsi də daxil olmaqla, dövlət başçısı kimi taleyimlə bağlı məsələni parlamentin həll etməsini təklif edirəm”.
Qeyd edək ki, bir müddət öncə Cənubi Koreya prezidentinin keçmiş müşaviri An Çan Pom tutulub. Onun adı prezidentin rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanır. Rəfiqəsi Çxve Sun Sil prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Dövlət başçısının rəfiqəsini ölkədən qaçmaması üçün həbs ediblər.
Prokuror hesab edir ki, An Çon Pom vəzifə səlahiyyətlərini aşaraq, iş adamlarını müxtəlif qeyri-hökumət təşkilatlarına ianə verməyə məcbur edib. Prokuror bildirib ki, onlar Cənubi Koreyanın 50-dən artıq şirkətini on milyonlarla dollar məbləğində ianə köçürməyə məcbur ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cenubi-koreya-prezidenti-i-stefa-vermeye-haziram

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR