Kubanın yeni səfiri bu gün Azərbaycana gələcək

Kubanın yeni səfiri bu gün Azərbaycana gələcək
11:22 29 Noyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Alfredo Nyeve Portuondo bu gün Bakıya gələcək.
Bu barədə "Report"a Kubanın Azərbaycandakı diplomatik missiyasından məlumat verilib.
O, bu vəzifədə səfir Omar Medina Kinteronu əvəzləyəcək.
Alfredo Nyeve Portuondo etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, daha əvvəl A.N.Portuondo Kubanın Belarusdakı səfiri kimi fəaliyyət göstərib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/kubanin-yeni-sefiri-bu-gun-azerbaycana-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR