Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər - FOTO

Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər - FOTO
11:27 29 Noyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Oka" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə Milli.Az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 54 040 ədəd pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR