Aleksandr Lukaşenko ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Aleksandr Lukaşenko ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
11:42 29 Noyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakıda rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 29-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
"Report" xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra A.Lukaşenko tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək məzarları üzərinə güllər qoyub.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/aleksandr-lukasenko-umummilli-lider-heyder-eliyevin-mezarini-ziyaret-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR