Xəbər verdiyimiz kimi, ötən gecə Nizami rayonunda baş vermiş dəhşətli yanğın zamanı bir ailə - ata, ana və 2 azyaşlı uşaq - həlak olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda yanğın yerinə Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və digər rəsmi şəxslər gəliblər.
Qonşuların dediyinə görə, yanğın gecə saat 3 radələrində baş verib. Hadisəyə ilkin səbəb kimi qısaqapanma göstərilir.
Milli.Az