Sankt-Peterburqda Azərbaycan vətəndaşını öldürməkdə ittiham olunan yeniyetmələrin məhkəməsi başlayır

Sankt-Peterburqda Azərbaycan vətəndaşını öldürməkdə ittiham olunan yeniyetmələrin məhkəməsi başlayır
11:47 29 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Noyabrın 30-da Sankt-Peterburq məhkəmələrinin birində 30-dan çox cinayətin törədilməsində, o cümlədən Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən cinayətkar dəstənin üzvlərinin məhkəməsi başlayacaq.
"Report" "Piter-TV"yə istinadən xəbər verir ki, müttəhimlər kürsüsündə istintaq məlumatlarına görə, cinayətkar dəstəsinin üzvü olan 19 nəfər yer alacaq.
İstintaq məlumatlarına görə, Sankt-Peterburq sakini Camal Kolesnikovun rəhbəri və təsisçisi olduğu qruplaşma otuzdan çox cinayət törədib.
Onlar arasında millətçilik zəmnində Azərbaycan vətəndaşının qətli, bir neçə döyülmə faktı, quldurluq, oğurluq, kilsənin yandırılması və s. var.
Əksəriyyəti yeniyetmələrdən ibarət qruplaşma cinayətləri 2012-ci ildən 2014-cü ilə qədər olan müddətdə törədib. Cinayət işinin istintaqı iki il yarım uzanıb, cinayət işinin materialları isə 91 cilddən ibarətdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR