Yanacaq dolu yük avtomobili aşdı

Yanacaq dolu yük avtomobili aşdı
11:57 29 Noyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboyda yük avtomobili aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonu, Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Mazut daşıyan "DAF" markalı yük avtomobili yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobildə olan mazut yola dağılıb. Hazırda qəzanın aradan qaldırılması istiqamətində iş gedir. 
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR