Müştərilər müğənnini döydülər

Müştərilər müğənnini döydülər
12:21 29 Noyabr 2016
112 Şou
Ölkə mətbuatı
A- A+

Gecə həyatı ilə tez-tez gündəmə gələn müğənni Teoman döyülüb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, spirtli içkini tərgidəcəyini deyən, ancaq sözündə durmayan ifaçı olduğu bir məkanda pis vəziyyətə düşüb.

O, içkili halda tanımadığı iki qadına söz atmağa başlayıb. Məkanın mühafizəçiləri xəbərdarlıq etsə də, o, buna əhəmiyyə verməyib. Teomanı oradan çıxartmaq istədikləri an ciddi mübahisə yaranıb.

Restoranda olan digər 4 müştəri isə bundan bezərək müğənnini döyüblər. Onun gecə ikən xəstəxanaya aparıldığı deyilir.  Teoman heç kimdən şikayətçi olmadığını bildirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR