Goranboyda yük maşını aşıb, yük ətrafa dağılıb

Goranboyda yük maşını aşıb, yük ətrafa dağılıb
12:27 29 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
“Report”un Qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon sakini, 1975-ci il təvəllüdlü Eldar Qasımov DAF markalı yük maşını ilə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dəmir maneələrə çırpılaraq aşıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, yük ətrafa dağılıb və yol təsərrüfatına ziyan dəyib.
Qəzaya yük maşınının sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır. 







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goranboyda-yuk-masini-asib-yuk-etrafa-dagilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR