Belarus prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Belarus prezidenti Şəhidlər xiyabanını ziyarət edib
12:27 29 Noyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Şəhidlər xiyabanını ziyarət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Belarus prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident A.Lukaşenko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Belarus prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səslənib.

Bakının mənzərəsini seyr edən aIi qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR