Əsəddən strateji qələbələr – Putin Təhlükəsizlik Şurasını topladı

Əsəddən strateji qələbələr – Putin Təhlükəsizlik Şurasını topladı
12:28 29 Noyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının toplantısını keçirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, toplantıda Suriyadakı vəziyyət diqqət mərkəzində olub.

Dövlət başçısının mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, xüsusi halda, Hələbin şərqində Suriya ordusunun irəliləyişi və şəhərin əhəmiyyətli kvartallarının müxalifət güclərindən azad edilməsi müzakirə edilib.

Qeyd edək ki, Suriyanın hökumət gücləri Hələbin daha iki kvartalında - Şeyx-Hodr və Şeyx Faresdə müxalifət güclərini məğlubiyyətə uğradıb. Suriya ordusunun qərargahından verilən məlumata görə, bununla da, rejim qüvvələri şəhərin bütün şimali-şərq hissəsi üzərində nəzarəti təmin edib.

Bundan başqa, ordu As-Sukkari və Bustan-al-Başa kvartallarında müxalifət qüvvələrinin ön mövqelərini məhv edib. Hökumət qoşunları su nasosu stansiyasının yerləşdiyi Sleyman-al-Xalyabini geri qaytarıb. Bəzi məlumatlara görə, Hələbin bəzi hissələrinə artıq duzsuz suyun verilməsi bərpa edilib.

Dünən hökumət qoşunları Hələbin şərqində 14 kvartalı müxalifət güclərindən təmizləyib. Gün ərzində 140-dan çox döyüşçü müqaviməti dayandırıb və açılan dəhlizlərlə şəhərdən çıxıb. Hələbin şərq hissəsinin müxalifət güclərindən təmizlənməsi əməliyyatının aktiv mərhələsi noyabrın 21-də başlandı. Quru gücləri Rusiya və Suriyanın hava qüvvələri dəstəkləyir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR