Baş pediatr: "Ölkə üzrə uşaqların 10 faizi tibbi müayinələrdən kənarda qalıb"

Baş pediatr: "Ölkə üzrə uşaqların 10 faizi tibbi müayinələrdən kənarda qalıb"
12:32 29 Noyabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda bütün uşaqları tam kompleks tibbi müayinələrə cəlb etmək mümkün olmayıb. Uşaqların təxminən 10 faizi bu müayinələrdən kənarda qalıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliynin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu gün "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib.

Baş pediatr qeyd edib ki, uşaqların dispanserizasiyası ilə bağlı əsas çətinlik valideynlərin məsuliyyətsizliyi ilə bağlıdır:

"Bu problem daha çox rayonlarda müşahidə edilir. Rayonlarda bəzi valideynlər uşaqları dispanserizasiyadan yayındırırlar. Ona görə də biz uşaqları tam olaraq, bu müayinələrə cəlb edə bilməmişik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR