Lukaşenko ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Lukaşenko ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
12:32 29 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra prezident A.Lukaşenko tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək məzarları üzərinə güllər qoyub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/494046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR