"Əhalinin sosial müdafiəsi sahəsində addımlar atılacaq"

"Əhalinin sosial müdafiəsi sahəsində addımlar atılacaq"
12:37 29 Noyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər şey dəyişir, bahalaşır, istehlak artır. Biz isə istəyirik ki, bəzi istiqamətlərdə bu, özünü göstərməsin - baş verməsin. Bu, mümkün deyil axı... Hələ yaxşı ki, bizdə enerjidaşıyıcıların qiymətləri dövlət tərəfindən tənzimlənir. Bu sahələr özəl olsa idi, necə olacaqdı?! Təbii ki, sözügedən sahələrdə çatışmayan cəhətlər hədsizdir. Böyük israfçılıq mövcuddur. Lakin bunlar da tədricən, istər-istəməz həllini tapmalıdır və tapacaqdır.

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov Tarif (qiymət) Şurasının noyabrın 28-də ölkədə qaz və elektrik enerjisi tariflərinin qaldırılması barədə qərarını şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, tariflərin artırılmasının obyektiv səbəbləri var: "Təbii qazın qiymətinə sonuncu dəfə 3 il bundan qabaq - 2013-cü ildə baxılmışdı. Həmin ildən təbii qazın pərakəndə satışı 1000 m3 üçün 100 manat müəyyən edilmişdi. İşığın qiymətinə isə sonuncu dəfə bu ilin yayında baxılmışdı. Belə ki, 2016-cı il 14 iyul tarixində Tarif (qiymət) Şurasının növbəti iclasında "Azərişıq" ilə "Azərenerji" ASC-lərin müraciətləri əsasında elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilmişdi ki, həmin qərara görə, 1 kilovatt-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən olunmuşdu. Buna qədər isə elektrik enerjisinin pərakəndə satış tarifi düz 10 il qabaq - 2007-ci ilin yanvarından 6 qəpik idi.

İqtisadçının fikrincə, hökumət əhalinin sosial müdafiəsi sahəsində addımlar atacaq: "Ötən müddət ərzində əhalinin maaş və pensiyalarında da artımlar baş verib. Növbəti ildə də sosial istiqamətdə müvafiq artımlar həyata keçiriləcək".

Pünhan Mirzə

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR