Təyyarə qəzasına düşən futbolçulardan 2-si vaxtilə Azərbaycan klublarında çıxış edib

Təyyarə qəzasına düşən futbolçulardan 2-si vaxtilə Azərbaycan klublarında çıxış edib
12:37 29 Noyabr 2016
132 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Kolumbiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki "Şapekoense" klubunun futbolçularından 2-si vaxtilə Azərbaycan Premyer Liqasında çıxış edib. "Report"un məlumatına görə, bunlar Filip Joze Maçado və Villiam Tieqo de Xesusdur.
Maçado 2010/2011 mövsümündə Bakı "İnter"inin formasını geyinib. Hazırda 32 yaşı olan müdafiəçi Bakı təmsilçisinin heyətində 9 oyuna çıxıb.
30 yaşlı müdafiəçi Villiam Tieqo de Xesus isə "Xəzər Lənkəran"da forma geyinib. 2014-cü ilin yanvarında onunla 1.5 illik müqavilə imzalansa da, həmin ilin dekabrında qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
"360 Radio Colombia" qəza nəticəsində göyərtədə olan 81 nəfərdən 6-nın sağ qaldığını bildirib. Onlardan Alan Ruşel müdafiəçi, Danilo Padilya və Jakson Follman isə qapıçılardır. Onlar xəstəxanalardan birinə çatdırılıb. Digər 3 şəxsin adı isə açıqlanmayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/teyyare-qezasinda-olen-iki-futbolcu-azerbaycan-premyer-liqasinda-cixis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR