Hava yenidən soyuyacaq?

Hava yenidən soyuyacaq?
12:37 29 Noyabr 2016
247 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hazırda Azərbaycan ərazisində cənub və cənub şərq istiqamətdən daxil olan hava kütlələrinin yaratdığı hava şəraiti müşahidə olunur".

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

İqlimşünas bildirib ki, son günlər müşahidə olunan hava şəraiti noyabr ayının sonu - dekabrın əvvəli üçün səciyyəvidir: "Hazırda müşahidə olunan hava şəraiti bir neçə gün davam edəcək".
Mütəxəssis qeyd edib ki, noyabr ayı Azərbaycanda adətən çox dəyişkən hava şəraiti ilə müşahidə olunur: "Hazırda müşahidə olunan havada atmosfer təzyiqi aşağı düşür və digər hava kütlələrinin gəlməsi ehtimalı olur. Ölkə ərazisinə yenidən soyuq hava kütlələrinin qayıtması ilə bağlı hələ dəqiq heç nə demək olmaz". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR