Rusiyanın gerbi dəyişdirilir?

Rusiyanın gerbi dəyişdirilir?
12:53 29 Noyabr 2016
129 Dünya
Ölkə mətbuatı
A- A+

“Gecə canavarları” bayk-klubun lideri Aleksandr Zaldostanov prezident Vladimir Putini Rusiya gerbini dəyişdirməyə çağırıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, “Cərrah” ləqəbli Zaldostanovun fikrincə, ikibaşlı qartalı sovet simvolları ilə ulduz və sünbüllərdən çərçivə ilə əvəz etmək lazımdır.

Onun fikrincə, bu, Rusiya Federasiyası ilə sovet və imperiya Rusiyası arasındakı varisliyi möhkəmləndirməlidir.

“Biz ilk növbədə dövlətimizin varisliyini möhkəmləndirməliyik. İndiki gerb ikibaşlı qartal Rusiya imperiyasından varislikdir. Amma biz həmçinin SSRİ-nin varisi olduğunu göstərməliyik - Qaqarinin kosmosa uçuşu, ilk peyk, qüdrətli Sovet ordusu və əlbəttə ki, Böyük Vətən Müharibəsində əzəmətli və müqəddəs qələbə. Bu qəhrəmanlığın simvolu qələbə ulduzudur”, - Zaldostanov bildirib.

“Cərrah”ın təşəbbüsünə Kremlin rəsmi reaksiyası hələlik yoxdur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR