"Sarkisyan gizlənməyə siçan deşiyi axtarırdı"

"Sarkisyan gizlənməyə siçan deşiyi axtarırdı"
13:05 29 Noyabr 2016
103 Ölkə
Ölkə mətbuatı
A- A+

"Biz hamımız yaxşı xatırlayırıq ki, aprel döyüşlərində siçan kimi girməyə deşik axtaran Sarkisyan indi Kremldə özünə deşik tapıb".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib. Millət vəkili bildirib ki, Ermənistan prezidenti Respublikaçıların qurultayında dolayısı ilə Azərbaycanı hədələyərək bildirib ki, lazım gələrsə, Bakını da işğal edə bilərlər:

"Sarkisyan sanki bizə meydan oxuyur. Sarkisyan arxasında Rusiyanın "İsgəndər" raketlərini hiss etməklə özünü güclü hesab edir. Uzun müddət mən Azərbaycanla Rusiya münasibətlərinin yaxşılaşmasının tərəfdarı kimi çıxış edərək bildirmişəm ki, Ermənistanın arxasında Rusiya dayanır və ona görə də münaqişə həllini tapa bilmir. Bu gün Şoyqu İrəvana gəlir və orada birgə qoşunun yaradılması ilə bağlı sənəd imzalanacaq. Bu, Rusiyanın münaqişənin həllindəki vasitəçiliyə və Azərbaycanla münasibətləri ilə uyğun gəlmir. Azərbaycan Rusiya ilə münasibətlərin yüksək səviyyədə qaldırması üçün əlindən gələni edir. Amma belə vasitəçi, strateji tərəfdaş olmaz. Ona görə də biz Milli Məclis, hökumət olaraq Rusiyaya açıq şəkildə müraciət etməliyik. Əgər Rusiya Ermənistanı bu cür formada dəstəkləyəcəksə, işğalın davam etdirilməsinə şərait yaradacaqsa, o zaman biz Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq". 

Deputat qeyd edib ki, Azərbaycanda 90 min şagird rus dilində təhsil alır: "Rusiya ilə birgə müxtəlif tədbirlər, layihələr həyata keçiririk. Belə olan halda Rusiyanın bizə olan münasibəti arzu etdiyimiz münasibətlərə uyğun gəlmir. Rusiya ya vasitəçi kimi bitərəfli mövqeyini qoruyub saxlamalı, ya da Azərbaycan Rusiya ilə münasibətlərə yenidən baxmalı, İsrail, Pakistanla olan münasibətləri strateji müttəfiqliyə qaldırmalıdır. Nəhayət, biz özümüzü Rusiyanın münaqişənin həllində vasitəçi olduğuna aldatmamalıyıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/494073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR