AZALJET Moskvaya müntəzəm reyslərin sayını artırır

AZALJET Moskvaya müntəzəm reyslərin sayını artırır
13:17 29 Noyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Moskvaya, "Vnukovo" hava limanına müntəzəm reyslərin sayını artırır. Bundan sonra 2017-ci ilin mart ayından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanından "Vnukovo" hava limanına hər gün iki reys yerinə yetiriləcək.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, müvafiq sazişi AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və "Vnukovo" hava limanının baş direktoru Vasili Aleksandrov noyabrın 29-da Moskvada imzalamışdırlar.

Heydər Əliyev Beynəlxalq hava limanından uçuş yerli vaxtla səhər saat 08:00-da və 16:30-da, Moskvaya eniş - saat 10:10-da və 18:40-da. "Vnukovo" hava limanından uçuş yerli vaxtla saat 11:10-da və 19:40-da, Bakıya eniş yerli vaxtla saat 15:00-da və 23:30-da.

Moskvaya reyslər AZALJET aşağı büdcəli brendi altında komfortlu Airbus A319 laynerləri ilə həyata keçirilir.

Hazırda "Azərbaycan Hava Yolları" Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir: "Vnukovo" hava limanı ilə yanaşı, AZALJET Moskva "Domodedovo" hava limanına, Sankt-Peterburq ("Pulkovo"), Mineralnie Vodı və Kazana reyslər yerinə yetirir. Həmçinin Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys həyata keçirilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

(+99412) 598-88-80;

*8880.

E-mail: callcenter@azal.az

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/494081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR