İŞİD qruplaşmasının iki yüzdən çox terrorçusu PKK-ya qoşulub

İŞİD qruplaşmasının iki yüzdən çox terrorçusu PKK-ya qoşulub
13:27 29 Noyabr 2016
112 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ İŞİD qruplaşmasının 260 silahlısı terrorçu PKK sıralarına qoşulub.
“Report” "Haber-7"yə istinadən xəbər verir ki, bu haqda Suriya Azdlıq Ordusu məlumat yayıb.
İnformasiyaya görə, Suriya Azadlıq Ordusu ölkənin Əl-Bab bölgəsinin şərqindəki Acemiyah yaşayış məntəqəsini terrorçulardan təmizləyib. Bununla da terrorçu PKK-nın Əl-Baba yolu kəsilib. Bundan sonra terrorçu İŞİD silahlıları ABŞ hərbçilərinin razılığı ilə PKK sıralarına keçiblər. 
Məlumata görə, 260 terrorçu Suriyadakı PYD və YPG-nin (terrorçu PKK-nın Suriyadakı qolları) sıralarına qatılıblar. Bununla bağlı PYD və YPG-nin nəzarəti alıntda olan Menbiç bölgəsində təntənəli tədbir keçirilib.
Qeyd edək ki, ABŞ-ın hərbi nümayəndələri YPG və PYD-nin Menbiçdən çıxdığını bildirsə də, onlar hələ də həmin ərazidə qalmaqdadırlar. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-si-d-qruplasmasinin-iki-yuzden-cox-terrorcusu-pkk-ya-qosulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR