YARAT Samirə Əfəndiyevanın iştirakı ilə canlı musiqi axşamına dəvət edir

YARAT Samirə Əfəndiyevanın iştirakı ilə canlı musiqi axşamına dəvət edir
13:32 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

YARAT Müasir İncəsənət Məkanı, YARAT Mərkəzində iki yeni sərgi açıldığı üçün "Musiqi axşamları" silsiləsini bərpa etdiyini məmnunluq hissi ilə elan edir!

Noyabrın 30-u sizi müğənni Samirə Əfəndiyevanın iştirakı ilə canlı musiqi axşamına dəvət edirik! Həmin gün istedadlı sənətçi sizlə ifası ilə yanaşı, sərgilərlə bağlı öz təəssüratlarını bölüşəcəkdir. Gecənin xüsusi qonağı tanınmış mügənni Tünzalə Ağayeva olacaq.

Samirə Əfəndiyeva "Böyük səhnə" Beynəlxalq Vokal layihəsinin və "Səs Azərbaycan" yarışının iştirakçısı və finalçısıdır. Samirənin musiqiyə olan sevgisi hələ uşaqlıq illərindən başlayıb və artıq 3 yaşından Oqtay Zülfüqarovun rəhbərlik etdiyi Uşaq Filarmoniyasının solisti idi. K. Səfərəliyev adına musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Milli Konservatoriya nəzdində Musiqi Kollecinə daxil olur. Həmçinin Samirə Əfəndiyeva "Baku Project" qrupu ilə birgə Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin 3 illiyinə həsr olunmuş konsertdə çıxış edib və 2016-cı ildə Alanyada keçirilən caz festivalının iştrakçısı olub.

Əməkdar artist Tünzalə Ağayeva Azərbaycan müğənnisi və bəstəkarıdır. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumunun fortepiano sinfində davam etdirmişdir. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri almışdır. 2001-ci ildə "Bakı payızı" gənc ifaçılar müsabiqəsinin qalibi olmuşdur. Bir sıra beynəlxalq musiqi festivallarında iştirak etmişdir, o cümlədən: 2002-ci ildə Rusiyada keçirilmiş Türksoy - Türk Gənclərinin Beynəlxalq Musiqi Yaradıcılığı Festivalının qalibi və Çexiyada 2006 və 2007-ci illərdə keçirilən "Barevna Planet" Beynəlxalq Müasir Musiqi Festivalının iştirakçısıdır.

Tarix: 30 noyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/494090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR