"Süni mayalanma ilə bağlı pediatr və ginekoloqlar arasında narazılıqlar var"

"Süni mayalanma ilə bağlı pediatr və ginekoloqlar arasında narazılıqlar var"
13:32 29 Noyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

"Uşaq həkimləri olaraq süni mayalanma zamanı uşaq sayının ya tək, ya da əkiz olmasının tərəfdarıyıq. Çünki bu məsələ ilə bağlı narazılıqlar var".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliynin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu gün "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib.

Süni mayalanma ilə bağlı həkim-pediatr və mama-ginekoloqlar arasında narazılıqların olduğunu deyən baş pediatr qeyd edib ki, əslində, süni mayalanmanı həyata keçirən mütəxəssis mütləq şəkildə uşaqların sayının bir və ya iki (əkiz) olmasına diqqət yetirməlidir:

"Çünki uşaqların sayı bundan çox olmaz. Lakin həmin şəxs də özünü sığortalamaq, gələcəkdə ona verilən pulu geri qaytarmamaq üçün bir neçə mayalanmış yumurtanı qadının uşaqlığının selikli qişasına implantasiya edir ki, onların "baş tutma" reallığı yüksək olsun. Elə analar da olur ki, bu embrionların hamısı inkişaf edir və nəticədə çoxdöllü hamiləlik olur".

N.Quliyev deyib ki, mütəxəssislər müəyyən metodlar vasitəsilə mayalanmış yumurtanın bir qismini reduksiya edə, yəni götürə bilərlər. Lakin bunu etmirlər:

"Ona görə də təbii ki, çoxdöllü hamiləlik olur. Çoxdöllülük özü həm ana, həm də uşaq üçün böyük risk faktorudur. Çoxdöllü hamiləliyi olanların doğuşu əslində yuxarı, yəni üçüncü səviyyəli doğuşayardım müəssisəsində həyata keçirilməlidir. Çünki burada böyük risk var. Əgər süni mayalanma zamanı ana beşəm dünyaya gətirəcəksə, onda elə ilk gündən risk faktoru meydana çıxır. Hamiləliyin ilk həftəsində döllənmiş embrionların inkişaf etməyə başladığını görən mütəxəssis elə həmin vaxt mütləq tədbir görməlidir. Bunu etmədikdə nəticə ürəkaçan olmur".

N.Quliyev bildirib ki, süni mayalanma ilə doğulan uşaqların sağlamlıq problemləri və onlarla bağlı olan risk faktorları digər uşaqlarla müqayisədə daha yüksək olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR