Azərbaycanda uşaq ölümü göstəricisi artıb: SƏBƏB

Azərbaycanda uşaq ölümü göstəricisi artıb: SƏBƏB
13:52 29 Noyabr 2016
136 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda uşaq ölümü göstəricisi 12 promilliyə qədər artıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliynin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu gün "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib.

Baş pediatr qeyd edib ki, Azərbaycanda uşaq ölümü 1992-93-cü illərdən başlayaraq azalıb.

N.Quliyev qeyd edib ki, uşaq ölümü içərisində daha vacibi körpə ölümü göstəricisi, yəni uşaq doğulandan 1 yaşadək olan ölüm göstəricisidir:

"Bu göstərici 1992-93-cü illərdə 29,5 promilli səviyyəsində olub, yəni hər 1000 nəfər diri doğulan uşağın 29,5 nəfəri 1 yaşına çatanadək ölüb. Lakin zaman keçdikcə azalma davam edib və körpə ölümü göstəricisinin 3 dəfəyədək azalmasına nail olunub".

N.Quliyev bildirib ki, Azərbaycanda 2015-ci ilin yanvarın 1-dən diridoğulmanın yeni meyarları tətbiq edilib.

Baş pediatrın sözlərinə görə, bu meyarlar qüvvəyə minənədək diridoğulma hamiləliyin 28-ci həftəsindən doğulanlara, bədən kütləsi 1 kq-dan çox olanlara aid edilirdi. 28-ci həftədən əvvəl doğulanlar isə "gecikmiş düşük" hesab olunurdu və uşaq kimi qeydiyyata alınmırdı:

"2015-ci il yanvarın 1-dən diridoğulmanın yeni meyarlarının tətbiqi ilə əlaqədar hamiləlyin 22-28 həftəsində baş verən ölüm hadisələrini də artıq uşaq ölümlərinə əlavə edirik. Buna görə də yeni meyarlara keçdikdən sonra ölkədə uşaq ölümü göstəricisi 12 promilliyə qədər artıb".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR