Azərbaycanda qəlyanların reklamı qadağan olundu

Azərbaycanda qəlyanların reklamı qadağan olundu
14:03 29 Noyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan olunub.

Publika.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tütün və tütün məmulatı haqqında” qanuna müvafiq dəyişiklik edilib.

Dəyişikliyə əsasən, tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılıb.

Həmçinin, tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilib.

Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər “Reklam haqqında” qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/177791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR