Millət vəkilindən UNİKAL TƏKLİF

Millət vəkilindən UNİKAL TƏKLİF
14:17 29 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisdə "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişiklik deputatlar arasında ciddi müzakirələrə səbəb olub.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, "Transplantasiya barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibbi işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər" hissəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev ixtisaslaşdırılmış mətbuat orqanları ifadəsinə qarşı çıxıb:
"Bunu kim müəyyənləşdirəcək ki, həmin mətbuat orqanı ixtisaslaşmayıb, ya da ixtisaslaşıb? Dünyanın ən nüfuzlu media qurumları CNN, BBC-də belə elm, səhiyyə, bölmələri də var. Onlar siyasət üzrə ixtisaslaşsalar da, istənilən növ məlumatları yayırlar. Belə olan halda, indi bu məsələni inhisara almaq nə qədər düzgündür? Hansı ki, biz inhisarçılığın qarşısını almağa çalışırıq".
 
Deputat qeyd edib ki, Azərbaycanda hələlik yalnız qohumlar bir-birinə orqan transplantasiyası edə bilirlər:
"Qanun hələlik buna icazə verir. Bunu aradan qaldırmaq lazımdır. Yollarda ildə nə qədər insanlar həyatını dəyişir. Yaxşı olmazmı ki, həmin insanların sağlam orqanları ehtiyacı olan xəstə insanlara transplantasiya edilsin?!. Bununla, bir insanın ölümü başqa insanın yaşam səbəbi ola bilər".
Deputat Qənirə Paşayeva da həmkarının fikrini dəstəkləyib və hər zaman bu məsələni gündəmə gətirməyin vacibliyini vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR