Bakıda evinin həyətindən küçəyə çıxmaq istəyən şəxsi avtomobil vurdu

Bakıda evinin həyətindən küçəyə çıxmaq istəyən şəxsi avtomobil vurdu
14:42 29 Noyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 45 yaşlı kişini vuran avtomobil ərazidən qaçıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.
Belə ki, Nərimanov küçəsi ev 6-dan çölə çıxan 1971-ci il təvəllüdlü Yusifov Arzu Eyyub oğlunu naməlum avtomobil vurub və ərazidən uzaqlaşıb. Xəsarət alan A.Yusifov qonşuluqda yaşayan şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR