Topaz Premyer Liqasında bombardirlik yarışında öndə gedən Baqali Dabonun “ayağ bağlanıb”. Fanat.Az xəbər verir ki, cari çempionatda 7 qol vuran seneqallı futbolçu sonuncu dəfə oktyabrın 2-də Topaz Premyer Liqasının VII turu çərçivəsində “Qarabağ”a qarşı görüşdə fərqlənib.
“Kəpəz”ə 1 qol vurub (2:0), “Sumqayıt”la ev oyununda (2:0) dubl, “Neftçi”yə qarşı səfər matçında (0:8) het-trik edən Dabo 2 aya yaxındır topu tora yollaya bilmir.
Düzdür, futbolçu müəyyən müddətdə zədəli olduğu üçün meydana çıxa bilməyib. Elə Avropa Liqasınının sonuncu – “Anderlext”lə matçında xəsarət alan seneqallının bu gün Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Qarabağ”a qarşı forma geyinməsi də sual altındadır.
Lakin Dabo bu gün meydana çıxıb fərqlənərsə, tilsimi qıracaq. Onun “qol orucu” “Qarabağ”dan “Qarabağ”adək olacaq.
Fanat.Az