Türkiyə kəşfiyyatı PKK və YPG-nin (PKK-nın Suriya qolu
olan PYD-nin silahlı qanadı-red) Almaniya planını de-şifrə
edib.
Publika.az xəbər verir ki, xüsusi təyinatlı qüvvələr
Atatürk hava limanında PKK-nın şəhərlərdə fəaliyyət göstərən
təşkilatı KCK-nin Türkiyə üzrə “nümayəndəsi” Sara Aktaşa qarşı
əməliyyat keçiriblər. Aktaş Ruken Şahin adlı saxta pasportla
tutulub.
Həmin dəqiqələrdə digər qrup Sabiha Gökçen hava limanında da
əməliyyat keçirib. YP-nin rəhbərliyində təmsil olunan Suriya
vətəndaşı M.K. həbs olunub. O da Aktaş kimi saxta pasportla
Almaniyaya getmək istəyib.
Məlumatlara görə, YPG-li M.K. və Sara Aktaş Almaniyada PKK-nın
Avropadakı liderləri ilə görüşərək, bölgədə həyata keçirmək
istədikləri yeni xaos planının və yeni terror hücumlarının
təlimatını alacaqlarmış.
Asif