Braziliya klubunun 1 futbolçusu qəzaya düşən təyyarədə olmayıb

Braziliya klubunun 1 futbolçusu qəzaya düşən təyyarədə olmayıb
15:05 29 Noyabr 2016
274 Dünya
Ölkə mətbuatı
A- A+

Rio Neqro şəhərində yerləşən Korvoa hava limanının xilasedici heyəti "Chapecoense" klubu üzvləri də daxil olmaqla 72 sərnişin, 9 ekipaj nümayəndəsini daşıyan təyyarənin qəzaya uğradığı yerdədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yerli mətbuat qəzadan 10 nəfərin sağ çıxdığını bildirir. 22 futbolçudan həlak olanların adı, hələ ki açıqlanmır. Komandanın 27 yaşlı müdafiəçisi Alan Ruskel və 31 yaşlı qapıçı Danilonun xilas olunduğu və xəstəxanaya yerləşdirildiyi deyilir. Futbolçular arasında 2014-15-ci illərdə "Xəzər Lənkəran"ın şərəfini qorumuş Vilyan Tieqo de Jezuşun da olduğu müəyyənləşib. Maraqlıdır ki, Cənubi Amerika Kubokunun finalında "Atletico Nacional"la qarşılaşmalı olan "Chapecoense" iştirak ərizəsinə 23 futbolçu daxil etsə də, onlardan biri qeyri-müəyyən səbəbə görə təyyarədə olmayıb. 9 futbolçunun isə Kolumbiya səfərində iştirak etməyəcəyi öncədən dəqiq idi. 

Qəzaya səbəb əlverişsiz hava şəraiti və təyyarədə meydana gələn texniki nasazlıq göstərilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR