Xaçmaz sakinini döyə-döyə öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Xaçmaz sakinini döyə-döyə öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
15:07 29 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tehran Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 29-na təyin edilib.
Qeyd edək ki, bu il avqustun 4-də Xaçmaz rayonunun Gödəkli kəndində şəhər sakini, 1972-ci il təvəllüdlü Cəfər Hacıyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb. Hadisədən 5 gün sonra Baş Cinayət Axtarışı İdarəsi və Xaşmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini T.Quliyev tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR