Bakı 3+2 formatında görüş təklifini dəstəkləyir

Bakı 3+2 formatında görüş təklifini dəstəkləyir
15:08 29 Noyabr 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Fransanın təklif etdiyi 3+2 formatında Hamburqda görüş təklifini dəstəkləyir.

Trend-in məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında deyib.

Bundan başqa nazir, Minsk qrupunun amerikalı və fransalı həmsədrlərinin dəyişməsinin danışıqlar prosesinə əsaslı dəyişikliklər gətirəcəyini gözləmədəyini deyib: “Fransanın Minsk qrupundakı yeni həmsədri təcrübəli diplomatdır. Mən onunla Parisdə bir neçə dəfə görüşmüşəm. O, münaqişənin nizamlanması prosesi barədə çox məlumatlıdır.”


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/177811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR