“Qarabağ” və “Qəbələ” üçün münasib dəqiqələr

“Qarabağ” və “Qəbələ” üçün münasib dəqiqələr
15:27 29 Noyabr 2016
63 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XIII tura yekun vurulacaq. Son oyun günündə “Qəbələ” ilə “Qarabağ” üz-üzə gələcəklər.


Fanat.Az xəbər verir ki,  28 xalla ilk iki pilləni bölüşən rəqiblərin hər birinin qol vurmaq üçün münasib dəqiqələri var.


“Qarabağ” ilk 15 dəqiqədə hücuma aludə olmağı düzgün saymır. Qurban Qurbanovun komandası qollarının 50 faizini 15-75, 25 faizini isə 75-90-cı dəqiqələr aralığında vurub. İlk qol orta hesabla 38-ci dəqiqədək gəlib.

 

“Qəbələ” isə ikinci hissədə coşur. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv qollarının 66,6 faizini fasilədən sonra vurub. Buna rəğmən, “qırmızı-qaralar” orta hesabla 40-cı dəqiqəyə qədər rəqib qapısına yol tapır.


Qeyd edək ki, “Azersun Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.


Fanat.Az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qaraba-v-qbl-ucun-munasib-dqiqlr-t54551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR