Baş pediatr valideynlərə soyuq havalarla bağlı xəbərdarlıq edib

Baş pediatr valideynlərə soyuq havalarla bağlı xəbərdarlıq edib
15:27 29 Noyabr 2016
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ “Əvvəlki illərdə olduğu kimi, indi də soyuq havaların başlanması ilə bağlı soyuqdəymə xəstəlikləri çoxalır”.
“Report”un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev keçirdiyi mətbuat konfransında deyib.
Baş pediatr bildirib ki, uşaqların geyimi və sağlamlıqlarına nə qədər çox nəzarət edilsə, bir o qədər də tez mövsümi xəstəliklərin sayının azalmasına nail olmaq mümkündür.
N.Quliyev qeyd edib ki, uşaqlarda bu il mövsümi xəstəliklərlə bağlı elə ciddi təhlükə yoxdur: “Yəni, Azərbaycanda uşaqlar arasında konkret virus və ya bakterial xəstəliyin epidemiyası mövcud deyil”.
O, eyni zamanda uşaqları mövsümi xəstəliklərdən qorumaq üçün valideynlərə öz tövsiyəsini də verib: “Birinci tövsiyə odur ki, uşaqlara qarşı hər kəs diqqətli olmalıdır. Qışın hazırlığını yazda və yayda görmək lazımdır. İsti havalarda dənizə aparmaq, günəş vannası, qum vannası qəbul edilməlidir. Uşaqların xəstələnməməsi üçün qidalanma ən vacib faktorlardan biridir. Uşaqlar tam keyfiyyətli qida ilə qidalandırılmadıqda çoxsaylı problemlər ortaya çıxır. Soyuq havalarda uşaqları adaptasiya aparmaq şərti ilə havaya çıxarmaq vacibdir”.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/bas-pediatr-valideynlere-soyuq-havalarla-bagli-xeberdarliq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR