"Sevgilim iki dəfə məni zorladı..."- aktrisadan şok açıqlama

"Sevgilim iki dəfə məni zorladı..."- aktrisadan şok açıqlama
15:36 29 Noyabr 2016
2897 Şou
Ölkə mətbuatı
A- A+

"Westworld" serialının ulduzu 29 yaşlı Evan Reyçel Vud gözlənilməz açıqlama verib.

Axşam.az-ın məlumatına görə, "Rolling Stone" jurnalına müsahibə verən aktrisa sevgilisinin iki dəfə onu zorladığını bildirib:

"Sevgilim bar sahibi idi. İki dəfə fərqli məkanlarda mənə təcavüz etdi... İnsanlar artıq bu mövzularda səssiz qalmamalıdırlar. Dünyamızda sekssizmə yer verməməyə çalışmalıyıq".

O, fiziki, psixoloji və cinsi istismara məruz qaldığı üçün çox əziyyət çəkdiyini və biseksual olduğu üçün belə mövzularda daha tez həyata küsdüyünü açıqlayıb. Daha əvvəl musiqiçi Merilin Mansonla birlikdə olan Evan 22 yaşında intihara təşəbbüs etdiyini, amma bunun həyatındakı ən pis qərar olduğunu etiraf edib.

Keçmiş əri Ceymi Belldən 3 yaşlı oğlu olan aktrisa "Westworld" serialında da tez-tez zorlanan bir kovboy qızı canlandırır. Ekran işi belə səhnələrə görə təbnqid edilsə də, Vud və heyətin digər üzvləri "Bu serialın zorakılıq səhnələri əslində bu zorakılığın daha sonra nələrə səbəb ola biləcəyini göstərir" deyərək layihəni müdafiə ediblər.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR