Filippin prezidentinə sui-qəsd törədilib

Filippin prezidentinə sui-qəsd törədilib
15:42 29 Noyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Naməlum şəxslər Filippin Prezidenti Rodriqo Dutertenin kortejinin yaxınlığında partlayıcı qurğunu işə salıblar.
Bu barədə "Report" CNN telekanalına istinadən xəbər verir.
Partlayış nəticəsində prezidentin təhlükəsizlik xidmətinin 9 üzvü xəsarət alıb. Hadisə ölkənin cənubundakı Mindanao adasında yerləşən Maravi şəhərində baş verib.
Bildirilib ki, həmin an prezident kortejdə olmayıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Kortej R.Dutertenin səfərinə hazırlıqla əlaqədar Maraviyə doğru istiqamət alıb. Hələlik sui-qəsd cəhdinə görə prezidentin səfərinin təxirə salınıb-salınmayacağı barədə məlumat verilmir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR