Polis generalı: "Kolumbiyadakı aviaqəzada 75 nəfər ölüb, 6 nəfər sağ qalıb"

Polis generalı: "Kolumbiyadakı aviaqəzada 75 nəfər ölüb, 6 nəfər sağ qalıb"
15:42 29 Noyabr 2016
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Kolumbiyada baş verən təyyarə qəzasında 75 nəfər həlak olub, 6 nəfər sağ qalıb.
"Report" "360 Radio Colombia"ya istinadən xəbər verir ki, bu barədə Antiokiyanın polis generalı Xose Asevedo Ossa məlumat verib.
Onun sözlərinə görə, qəza zonasında işlər dayandırılıb. Belə ki, bu zonada artıq sağ qalan yoxdur.
Göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri də olan təyyarə Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğrayıb. Futbol klubunun üzvləri Cənubi Amerika Kubokunun ilk final matçında iştirak etmək üçün Kolumbiyanın Medelyin şəhərinə gedirlərmiş.
Qeyd edək ki, ümumilikdə təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR