Obamanı təhqir edən prezidenti öldürmək istədilər

Obamanı təhqir edən prezidenti öldürmək istədilər
16:05 29 Noyabr 2016
100 Dünya
Ölkə mətbuatı
A- A+

Naməlum şəxslər Filippin prezidenti Rodriqo Dutertenin kortejinin keçdiyi ərazidə partlayıcı qurğunu işə salıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində prezidentin təhlükəsizlik xidmətinin doqquz əməkdaşı xəsarət alıb. 

Hücum Maravi şəhərində baş verib. Yaralılardan birinin vəziyyəti ağırdır.

Hadisə baş verən zaman prezident kortejdə olmayıb. 

Qeyd edək ki, daha əvvəl Filippin prezidenti Rodrigo Duterte amerikalı həmkarı Barak Obamanı təhqir edib. Rodrige Duterte ABŞ prezidentinin anasını "fahişə" adlandırıb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR