Təyyarə qəzasında məhv olan "Şapekoense"nin uğur hekayəsi

Təyyarə qəzasında məhv olan "Şapekoense"nin uğur hekayəsi
16:07 29 Noyabr 2016
224 İdman
Ölkə mətbuatı
A- A+

Təyyarə qəzasına düşən Braziliyanın "Şapekoense" klubu son illər uğurlu çıxışı ilə diqqəti çəkib. Fanat.Az xəbər verir ki, komanda 5 il ərzində D Seriyasından A Seriyasına yüksəlib.

2009-cu ildə D Seriyasına çıxan "Şapekoense" 2012-də artıq C Seriyasında mübarizə aparırdı. 2013-cü ildə B, 2014-də A Seriyasına yüksələn komanda bu il "Copa Sudamericana"nın finalına çıxmışdı. 

Qeyd edək ki, "Neftçi"nin sabiq kapitanı Flavinyonun ötən il forma geyindiyi klubda qəzayadək Azərbaycanda oynamış iki futbolçu oynayırdı. Bunlardan biri - Tyeqo de Xesus 2013/14 və 2014/15 mövsümlərinin bir hissəsində "Xəzər Lənkəran"da forma geyinib (33 oyun, 2 qol). Digəri - Filipe Maşado isə 2010-2011-ci illərdə Bakı "İnter"ində top qovub (11 oyun). Hər iki futbolçunun qəzada öldüyü bildirilir.

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-tyyar-qzasnda-mhv-olan-quotapekoensequotnin-uur-hekaysi-t54553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR