Səfir: "Azərbaycan və Meksika arasında ticarət dövriyyəsi sabit səviyyədə saxlanılıb"

Səfir: "Azərbaycan və Meksika arasında ticarət dövriyyəsi sabit səviyyədə saxlanılıb"
16:12 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ "Meksika və Azərbaycan arasında 2015-ci ildə ticarət dövriyyəsi 22 milyon ABŞ dollar təşkil edib".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.
"2016-cı ilin doqquz ayı üzrə göstəricilər ötən ilin göstəriciləri ilə uyğundur. Bu da Azərbaycan ilə Meksika arasında ticarət dövriyyəsinin sabit səviyyədə saxlanıldığını göstərir" - R.Labardini bildirib.
"Ötən il Meksikadan Azərbaycana şəkər ixracı ən yüksək həddə çatıb. Bu il isə ticarət dövriyyəsi bir neçə məhsul arasında paylanıb. Biz həmçinin Azərbaycana boru-prokat məhsulları, müxtəlif elektron məhsullar, kompüter avadanlığı, qida məhsulları, konteynerlər ixrac edirik" - səfir vurğulayıb.
O deyib ki, Azərbaycan da Meksika kimi, neft və neft məhsulları istehsal və ixrac edir: "Bu, ölkələri birləşdirən amildir. Meksika dünyanın ən böyük pivə istehsalçısıdır və ABŞ-da əsas avtomobil tədarükçüsüdür."
Bununla yanaşı, diplomat məşhur Meksika heykəltəraşı Marqarita Moralenin Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən sərgisini xatırladaraq, iki ölkə arasında mədəni əlaqələrin mövcudluğuna diqqət çəkib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/sefir-azerbaycan-ve-meksika-arasinda-ticaret-dovriyyesi-sabit-seviyyede-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR