Hadisə yerinin baxışı zamanı azı 2 hal şahidi iştirak etmədikdə video çəkilişdən istifadə məcburi olacaq

Hadisə yerinin baxışı zamanı azı 2 hal şahidi iştirak etmədikdə video çəkilişdən istifadə məcburi olacaq
16:37 29 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanda şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda video çəkilişlər aparılmayacaq.
“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəllənin 246-cı maddəsinə (şəxsi axtarış və götürmə) yeni bənd əlavə edilməsi təklif edilib.
Dəyişiklik layihəsinə əsasən, şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda video çəkilişlər aparılmır. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.
Bundan başqa, dəyişikliklə hadisə yerinin baxışı zamanı azı 2 hal şahidi iştirak etmədikdə video çəkilişdən istifadə məcburi olacaq.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/hadise-yerinin-baxisi-zamani-azi-2-hal-sahidi-istirak-etmedikde-video-cekilisden-istifade-mecburi-ol

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR