Ən güclü, məşhur və uğurlu qadınlar... - fotolar

Ən güclü, məşhur və uğurlu qadınlar... - fotolar
16:51 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur fotoqraflarından olan Peter Lindberq 2017-ci ilin "Pirelli" təqviminin fotolarını çəkib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, təqvimin builki buraxılışında məşhur aktrisalar bir araya gəliblər. Parisdə təqdimatı keçirilən təqvimdə 40 foto var.

Fotolarda Cessika Çesteyn, Penelepa Kruz, nikol Kidman, Runi Mara, Uma Turman, Keyt Uinslet, Robin Rayt, Culiana Mur, Helen Mirren, Lyupita Nyonqo, Alisia Vikander və başqaları yer alıb. Aktrisalar arasındakı yaş fərqi təqvimi daha rəngarəng edib.

Qeyd edək ki, hər zaman yarıçılpaq fotolarla bəzənən "Pirelli" keçən ildən etibarən dünyanın ən güclü, məşhur və uğurlu qadınlarını bir araya yığır.







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR