"O mənə, mən də ona aşiq idim" - əməkdar artist

"O mənə, mən də ona aşiq idim" -  əməkdar artist
17:06 29 Noyabr 2016
106 Şou
Ölkə mətbuatı
A- A+

“Model biznesi çox qlamur həyatdır. Daim zahiri görünüşünlə məşğul olursan. Gördüm bu biznesdə boğuluram, ordan getdim. Aktrisa oldum”.

Axşam.az-ın məlumatına görə, bu sözləri "V element" verilişinin qonağı olan əməkdar artist Mələk Abbaszadə deyib.

Uzun müddət Türkiyədə model kimi fəaliyyət göstərən aktrisa bu biznesdən getməyinin səbəbini açıqlayıb:

“Modellik sənəti mənim ruhumu 7 il oxşadı. Podium həm qərib, həm də gözəl bir şeydir. İndi böyük səhnələr yoxdur. Bizim vaxtımızda çox gözəl idi. Ən gözəl zamanında bu işin dadına baxmışam. Amma ruhum teatrda doydu. Türkiyədə model biznesinə son qoyandan sonra mənə serial təklifi gəldi. İki serialda rol aldım. Ssenarini oxuyub dərhal oynamalıydın”.

M.Abbaszadə qardaş ölkədə qurduğu biznesdən söz açıb:

“Teatrda mənəviyyat çoxdur, amma pul yoxdur. Ona görə də biznes qurdum. Yürkiyə-Rusiya arasında tərcüməçi kimi işə başladım. Mənim sayəmdə böyük müqavilələr imzalanırdı. Şokolad firması mənə iş təklif etdi ki, şirkəti götür, idarə et”.

Hazırda Rus Dram Teatrında çalışan aktrisa platonik sevgisindən danışıb:

“Türkiyədə olduğum ərəfədə platonik bir eşq də yaşadım. İnsanın özünü yox, ruhunu sevirdim. Bildim ki, münasibət uzun davam edən deyil, ayrıldıq. Teatr adamı idi. O mənə, mən də ona aşiq idim”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR