""Azərspace-2" yaxın vaxtlarda orbitə çıxarılacaq" - FOTO

""Azərspace-2" yaxın vaxtlarda orbitə çıxarılacaq" - FOTO
17:17 29 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ev sahibliyi etdiyi "Türkdilli dövlətlərin əlaqələndirmə şurasının" ilk iclası keçirilir. Tədbirdə türkdilli ölkələrin rabitə nazirləri, nazir müavinləri və dövlət rəsmiləri iştirak edirlər.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, iclası açan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Azərbaycan üçün İKT yeni sahə olsa da, burada inkişaf nəzərə çarpır. 

Nazirin sözlərinə görə, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üçün əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atılır. "Bunun nəticəsidir ki, neftdən sonra İKT ölkədə ikinci prioritet sahə hesab olunur. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilir. Əhalinin İKT yeniliklərindən istifadə etməsi üçün şərait yaradılıb. Ölkəmiz "Azərspace-1" peykə çıxarılmaqla kosmik dövlətlərdən birinə çevrilib. "Azərspace-2" isə yaxın zamanlarda orbitə çıxarılacaq. Biz türkdilli dövlətləri peyk xidmətlərimizdən istifadəyə dəvət edirik" .

Türkiyənin rabitə bakanı Əhməd Aslan ölkəsində mobil rabitədən istifadə edən abunçilərin sayını açıqlayıb: "Türkiyədə mobil rabitədən istifadə edən 74 milyon abonent var. İnsanların müxtəlif xidmətlərdən yararlanması üçün elektron höküməti inkişaf etdirdik. Bu sistemdən 30 milyona yaxın insan istifadə edir. Biz Türkiyə olaraq öz təcrübəmizi qardaş dövlətlərlə paylaşmağa hazırıq. Həmçinin gələn il bu toplantının Türkiyədə keçirilməsi üçün namizədik. Amma istərdik ki, belə toplantılarda, türkdilli dövlətlərin iclasında türk dili ortaq dil kimi istifadə olunsun". 

Qırğızıstanın rabitə naziri Bakıt Şaşınbayev və nazir yardımçısı Alan Ajınbayev çıxış edərək İKT sahəsində öz təcrübələrini bölüşüblər. Daha sonra 2017-ci ildə "Türkdilli ölkələrin əlaqələndirmə şurasının" iclasının Türkiyədə keçirilməsi haqda qəraqr qəbul olunub.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR