Bugünkü hərracda dövlət istiqrazlarına tələb təklifi 75% üstələyib

Bugünkü hərracda dövlət istiqrazlarına tələb təklifi 75% üstələyib
17:17 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102023519 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 mln. manat həcmində dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 7 investor tərəfindən 14 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 35 011 500 manat təşkil edib.
Sifarişlər 90,9779 manat (19,9979%)-92,6500 manat (15,9976%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91,5970 manat (18,4998%), ortaölçülmüş qiyməti 91,7602 manat (18,1082%) təşkil edib.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20 mln. manat olub. İstiqrazların ödəmə tarixi 30 may 2017-cı ildir.
İstiqrazların tədavül müddəti 182 gündür.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bugunku-herracda-dovlet-istiqrazlarina-teleb-teklifi-75-usteleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR