"Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionat layihəsinin seçim turları yekunlaşdı - FOTO

"Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionat layihəsinin seçim turları yekunlaşdı - FOTO
17:17 29 Noyabr 2016
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından 2016-cı il üzrə keçirilən 3-cü qrant müsabiqəsinin qalibi olan ""Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionat" layihəsinin seçim turları yekunlaşıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, "Azərbaycan" İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən layihənin seçim turlarında Bakı şəhərini əhatə edən 4 rayon məktəblərindən ümumilikdə 100 iştirakçı faydalanıb.

Xəzər, Suxaranı, Sabunçu, Nizami rayonları üzrə seçim turlarında iştirak edən ümumilikdə 20 məktəbi təmsil edən şagirdlər tarix, coğrafiya kimi humanitar biliklərə əsaslanan ümumidünyagörüşü və məntiqi bilikləri əhatə edən "Parlaq Zəka" intellekt şousu formatında keçirilən oyunda öz bilik və bacarıqlarını sınayıblar.

Qeyd edək ki, Xəzər, Suxaranı, Sabunçu, Nizami rayonları üzrə seçim turlarında qalib gələn komandalar dekabr ayında Bakı şəhəri üzrə keçirilən final mərhələsində rayonlarını təmsil edəcəklər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/494169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR