"Nikoil Bank" aksiya müddətini uzadıb

"Nikoil Bank" aksiya müddətini uzadıb
17:27 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ "Nikoil Bank" ASC premium sinifli plastik kartlar üzrə bu ilin yayından start verilən aksiyasının müddətini uzadıb.
"Report"a bu barədə Bankdan məlumat verilib.
"Visa Gold", "Master Card Gold" və "Visa Platinum" premium sinifli plastik kartlarının hər bir yeni sahibi müasir və nüfuzlu ödəmə vasitəsinə malik olmaqla yanaşı, həm də kart qalığına manat üzrə illik 8%-dək, ABŞ dolları üzrə illik 2%-dək gəlir və bir sıra əlavə üstünlüklər əldə edəcək.
"Əlverişli faiz şərtlərindən başqa, bu nüfuzlu kartlar növünün bütün yeni sahiblərinə pulsuz xidmətlər və əlavə imtiyazlar veriləcək. Bura "SMS-notification" və "Mobile Banking" xidmətləri daxildir. Kartın balansını onlayn və eyni zamanda "MilliÖn", "Easypay" və "E-manat" ödəniş aparatlarının vasitəsilə artırmaq mümkündür", - deyə Bankdan bildirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR