Türkiyə, Qazaxıstan, hətta Kamboca "Oskar" üçün namizəd filmlərini yolladılar - Azərbaycan isə...

Türkiyə, Qazaxıstan, hətta Kamboca "Oskar" üçün namizəd filmlərini yolladılar - Azərbaycan isə...
17:32 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Amerika Kino Akademiyasının hər il müxtəlif nominasiyalara görə təqdim etdiyi nüfuzlu "Oskar" mükafatının 2017-ci ildəki namizdələri müəyyənləşib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, 85 ölkə öz ekran məhsullarını ABŞ Kino Akademiyasına yollayıb. Təəssüflər olsun ki, Azərbaycandan bu il heç bir film mükafat komissiyasına təqdim edilməyib. Hətta ağır iqtisadi və sosial durumda olan İraq, Kamboca, yeni yaranan Fələstin, Kosova, cırtdan Lüksemburq kimi ölkələr filmlərini "Oskar" mükafatına təqdim ediblər.

Amerika Kino Akademiyasının "ən yaxşı xarici film" nominasiyası uğrunda müsabiqəyə keçmiş sovetlərdən Gürcüstan, Latviya, Litva, Qazaxıstan film təqdim edib. Türkiyə "Kalandar soyuqu"nu təqdim edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/494187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR