Donald Tramp ABŞ bayrağını yandıranların həbs və ya vətəndaşlıqdan məhrum olunmasını təklif edib

Donald Tramp ABŞ bayrağını yandıranların həbs və ya vətəndaşlıqdan məhrum olunmasını təklif edib
17:47 29 Noyabr 2016
91 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən Prezidenti Donald Tramp ictimai şəkildə ölkə bayrağını yandıranların cəzalandırılmasının zəruriliyini bildirib.
"Report" xəbər verir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.
"Heç kimə ABŞ bayrağını yandırmağa icazə vermək olmaz. Onlar bunu edirlərsə, cəzası da olmalıdır - bəlkə də vətəndaşlıqdan məhrumetmə və ya 1 il həbs cəzası!" - yeni prezident yazıb.
Qeyd edək ki, daha əvvəl Respublikaçılar Partiyasının nümayəndəsinin prezident seçilməsinə etiraz edənlər üç saat ərzində nümayiş keçirdikdən sonra Atlantada, Corcoya ştatının qanunvericilik məclisinin binası qarşısında ABŞ bayrağını yandırıblar. Nümayişdə 500-dən çox insan iştirak edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-tramp-abs-bayragini-yandiranlarin-hebs-ve-ya-vetendasliqdan-mehrum-olunmasini-teklif-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR