"Fitch": Neft qiymətləri 60 dollara 2019-cu ildə çatacaq

"Fitch": Neft qiymətləri 60 dollara 2019-cu ildə çatacaq
17:47 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi neft qiymətlərinin 2019-cu ilə qədər 60 dollar/barelə kimi artacağını ehtimal edir. "Report"un "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla yanaşı Agentlik 2017-ci ildə neftin ucuzlaşmasının davam edəcəyini istisna etmir.
Agentliyin hesabatında həmçinin bildirilir ki, neft qiymətlərinin 65 dollar/barelə yüksəlməsi üçün isə uzun müddət tələb olunacaq. "Fitch" 2017-ci ildə neftin orta qiymətinin 45 dollar, 2018-ci ildə 55 dollar olacağını proqnozlaşdırır. 
Hesabatda 2017-ci ilin ilk yarısında neft bazarında tələblə təklifin tarazlanacağı qeyd olunub. Bununla yanaşı bildirilir ki, ABŞ-da şist neft hasilatının artması və neft ehtiyatlarının artan həcmi gələn il qiymətlərin aşağı düşməsinə səbəb ola bilər və yalnız bundan sonra qiymətlər arta bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/fitch-neft-qiymetleri-60-dollara-2019-cu-ilde-catacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR