Xalq artisti Aygün Kazımova konsertlə bağlı başına gələn hadisədən danışıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "10-dan sonra" verilişinə açıqlamasında bildirib ki, təşkilatçı onun və qızı İlqarənin qonorarını ödəməyib:
"Bir konsert proqramında qızımla çıxış etdim. Biletlərin hamısı satıldı, amma konsertdən sonra təşkilatçı qaçdı, pulumuzu vermədi, bizi aldatdı. Nə edim? Bu cür konsert təşkilatçılarından qaçmaq lazımdır".
Milli.Az